Quantanamo həbsxananın bağlanılmasına dair plan ABŞ Konqresinə təqdim edilib

Quantanamo həbsxananın bağlanılmasına dair plan ABŞ Konqresinə təqdim edilib
# 23 fevral 2016 17:33 (UTC +04:00)

Bakı-APA. Pentaqon ABŞ Konqresinə Quantanamo həbsxananın bağlanılmasına dair planı təqdim edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bildirib.

Planda məhbusların bir hissəsinin üçüncü ölkələrə, qalan hissəsinin isə ABŞ ərazisinə köçürülməsi nəzərdə tutulub.

Pentaqon hesab edir ki, plan ildə 65-85 mln dollar vəsait qənaət etməyə imkan yaradacaq.

Qeyd edək ki, ABŞ Konqresi Quantanamo həbsxananda saxlanılan məhbusların ABŞ ərazisinə köçürülməsinə qadağa qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR