Vərəm dispanserində qətl törədən şəxsin şikayəti təmin edilməyib

Vərəm dispanserində qətl törədən şəxsin şikayəti təmin edilməyib
# 23 aprel 2016 10:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Əjdər İsmayılovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 7 saylı vərəm dispanserində müalicə olunan, Qazaxıstan vətəndaşı, 1960-cı il təvəllüdlü Əjdər İsa oğlu İsmayılov mübahisə zəminində otaq yoldaşı, 1969-cu il təvəllüdlü Vahid Camal oğlu Muradovu və 1986-cı il təvəllüdlü Elşən Təyyar oğlu İsmayılovu bıçaqlayıb. V. Muradov aldığı xəsarətdən hadisə yerində ölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əjdər İsmayılov 19 il müddətə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR