"Hyundai"ın satışları azalıb, şirkətin səhmləri dəyərdən düşür

"Hyundai"ın satışları azalıb, şirkətin səhmləri dəyərdən düşür
# 01 fevral 2016 12:19 (UTC +04:00)

Bakı - APA-Economics. "Hyundai Motor Co." şirkətinin cari ilin yanvarında satışları azalıb.

"APA-Economics" "İnterfax"a istinadən xəbər verir ki, şirkət son 6 ayda ilk dəfədir ki, bu cür halla rastlaşır.

Yanvarda şirkətin satdığı avtomobillərin sayı 13% azalaraq 338,035 min ədəd təşkil edib: "Ümumilikdə, Cənubi Koreyada satılan avtomobillərin sayı 1,1%, ixrac olunanların sayı isə 14% azalıb".

Satışların aşağı düşməsinə Çin, Rusiya və Braziliya kimi ölkələrin iqtisadiyyatında baş verən neqativ proseslərdir.

Məlumatda o da qeyd edilib ki, "Hyundai" şirkətinin səhmləri 0,4% ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR