Türkiyədə 3 hərbçi şəhid olub, 22 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə 3 hərbçi şəhid olub, 22 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 24 mart 2016 23:55 (UTC +04:00)

Bakı-APA. Diyarbəkir-Bingöl magistral yolundakı jandarma postu qarşısında minalanmış avtomobil partladılıb, nəticədə 3 hərbçi həlak olub, daha 22 nəfər isə yaralanıb. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Bakı vaxtı ilə 23.00 radələrində törədilmiş partlayışdan sonra jandarma postu naməlum şəxslər tərəfindən avtomat silahlardan atəşə tutulub. Hərbçilər cavab atəşi açıblar.

Hücum çəkənlərin məhv edilməsi istiqamətində əməliyyat aparılır. Hücumun PKK terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR