Berlində avtomobil partlayıb, sürücü ölüb

Berlində avtomobil partlayıb, sürücü ölüb
# 15 mart 2016 16:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Berlində avtomobil partlayıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, sükan arxasında olan sürücü ölüb.

Berlin polisinin mətbuat xidməti rəisinin müavini Karsten Müller bildirib ki, hadisənin partlayıcı qurğunun işə salınması nəticəsində baş verdiyi güman olunur.

Berlin prokurorluğu isə sürücünün avtomobilin altına qoyulmuş partlayıcını işə salmaqla özünə qəsd etdiyini istisna etmir.

Ölənin 43 yaşlı türk əsilli şəxs olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR