Azərbaycanda “Diqqət, uşaqlar” təhlükəsizlik aylığı keçirilir

Azərbaycanda “Diqqət, uşaqlar” təhlükəsizlik aylığı keçirilir
# 10 sentyabr 2016 12:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 10-dan respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığının keçirilməsinə başlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə Dövlət Yol Polisinin köməyinin artırılmasıdır.

Aylıq ərəfəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılaraq, onların başvermə səbəblərinin və şəraitinin aradan qaldırılması üzrə konkret profilaktik tədbirlərin görülməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla, müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsi və digər zəruri tədbirlər həyata keçiriləcək.

Tədbir oktyabrın 10-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR