Azərbaycanın hərbi gəmisi “Xəzər Kuboku - 2016” beynəlxalq müsabiqə çərçivəsində atış yerinə yetirib

Azərbaycanın hərbi gəmisi “Xəzər Kuboku - 2016” beynəlxalq müsabiqə çərçivəsində atış yerinə yetirib
# 03 avqust 2016 05:58 (UTC +04:00)

Bakı-APA. Azərbaycan, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmiləri “Xəzər Kuboku - 2016” beynəlxalq müsabiqə çərçivəsində hava və dəniz hədəflərinə gəmi artilleriya qurğularından atış yerinə yetiriblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin HDQ üzrə mətbuat idarəsinin nümayəndəsi birinci dərəcəli kapitan İqor Dıqalo bildirib.

APA-nın məlumatına görə, beynəlxalq müsabiqədə ölkəmizi Hərbi Dəniz Qüvvələrinin 2 ədəd gözətçi və 1 ədəd xilasedici yedək gəmisi təmsil edir.

“Artilleriya atışlarında Rusiya Xəzər Donanmasının “Uqliç” kiçik raket gəmisi, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “G-124” gözətçi gəmisi və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Oral” raket-artilleriya gəmisi iştirak edib. Gəmilər müəyyən edilmiş rayonda mövqe tutaraq hava hədəflərinə atış həyata keçiriblər”, - deyə Dıqalo bildirib.

Yarışların birinci mərhələsində iştirakçı ölkələrin heyətlərinin dəniz hədəflərinə müəyyən olunmuş distansiyaya yaxınlaşma üzrə manevrləri, artilleriya silahları ilə davranma və atış vərdişləri yoxlanılıb.

“Xəzər Kuboku - 2016” beynəlxalq müsabiqə avqustun 1-dən 13-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR