Mərdəkanda avtomobil piyadanı vuraraq öldürüb

Mərdəkanda avtomobil piyadanı vuraraq öldürüb
# 25 avqust 2016 10:11 (UTC +04:00)

Bakı – APA. Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.

Bakı şəhər sakini Ozal Böyükağalı idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Qızılşan Əsgərovanı vurub. Q. Əsgərova hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR