Moskvada azərbaycanlı sahibkara hücum edən dəstə üzvləri saxlanılıblar

Moskvada azərbaycanlı sahibkara hücum edən dəstə üzvləri saxlanılıblar
# 22 oktyabr 2015 12:05 (UTC +04:00)

Bakı-APA. Rusiya Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Moskvanın Domodedova rayonunda soyğunçuluqda şübhəli bilinən mütəşəkkil cinayətkar qrupu saxlayıblar.

APA-nın “rosbalt.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, 2015-ci ilin sentaybrında Domodedovoda quldurlar Azərbaycan vətəndaşı olan yerli sahibkara hücum ediblər. Ona bıçaqla və travmatik silahla xəsarət yetirən şəxslər 250 min rublunu oğurlayıblar.

Faktla əlaqədar soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb. Şübhəli şəxslərdən biri 34 yaşlı Azərbaycan vətəndaşıdır. Polis cinayətkar qrupunun digər üzvlərinin axtarışını davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR