İdman Dırmanması yarışı keçirilib

İdman Dırmanması yarışı keçirilib
# 14 mart 2016 09:56 (UTC +04:00)

Bakı - APA. CLIMBAKU Dırmanma Mərkəzində martın 12-13-də "Ümid" yarışı keçirilib.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından (FAİREX) APA-ya verilən məlumata görə, çempionat yeni başlayan idmançıların həvəsləndirilməsi və yarış təcrübəsinin artırılması məqsədilə təşkil olunub, Bakı və bölgələri təmsil edən klublardan idmançılar iştirak edib.

Yarış qaliblərinə medal, diplom və hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR