Qan dövranı xəstəliklərindən əziyyət çəkənlərin xərcləri icbari tibbi sığorta paketinə daxil ediləcək

Qan dövranı xəstəliklərindən əziyyət çəkənlərin xərcləri icbari tibbi sığorta paketinə daxil ediləcək
# 18 aprel 2016 14:27 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Hazırda bizimlə bir çox əcnəbi ekspertlər çalışır. Yaxın 5 həftə ərzində biz Azərbaycanın icbari tibbi sığorta modelini müəyyənləşdirəcəyik”. APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

O bildirib ki, Azərbaycanda ailə həkimlərinin olması, ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində də işlərin görülməsi planlaşdırılır: “Biz əcnəbi ekspertlərlə birgə bunun üzərində iş aparırıq. Bütün inkişaf etmiş ölkələrdə ailə həkimi, ilkin səhiyyə xidməti çox yüksək səviyyədədir. Burada əsas məqsəd ondan ibarətdir ki, xəstəliklər daha tez öyrənilsin və qarşısı alınsın”.

Direktor əlavə edib ki, statistikaya əsasən Azərbaycanda insanlar qan dövranı sistemi xəstəliklərindən daha çox ölür. Onun sözlərinə görə, qan dövranı sistemi xəstəliklərindən ölüm halları daha çoxdur ki, bununla bağlı səhiyyədə dövlət proqramı yoxdur: “Məsələn, onkologiya, dializlə bağlı dövlət tərəfindən xüsusi vəsait ayrılır. Lakin qan dövranı sistemi xəstəliklərinə vəsait ayrılmır. Biz həm də bu məsələyə diqqət ayıracağıq. Azərbaycanda qan dövranı sistemi xəstəliklərindən əziyyət çəkənlərin xərclərinin icbari tibbi sığorta paketinə daxil edilməsi gündəmdədir”.

Z. Əliyev qeyd edib ki, ilkin mərhələdə prosesə dövlət xəstəxanaları, habelə özəl xəstəxanalar da cəlb oluna bilər. “Biz istəyirik ki, prosesə müəyyən kriteriyalara cavab verən xəstəxanalar qoşulsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR