Bakının Qaradağ rayonunda baş vermiş yol qəzalarında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Bakının Qaradağ rayonunda baş vermiş yol qəzalarında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
# 29 avqust 2016 10:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Qaradağ rayonunda baş vermiş yol-nəqliyyat hadisələrində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 28-də saat 11 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Saatlı şəhər sakini Əfqan Mustafayev idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən qəsəbə sakini Əliağa Məmmədovu vurub. Piyada hadisə yerində ölüb.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Avqustun 27-də saat 19.00 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Bakı şəhər sakini İkram Nəzərov idarə etdiyi “QAZ-31” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə yanğın baş verib. Avtomobilin yanar konstruksiyaları yanıb, xəsarət almış İ. Nəzərov və 3 sərnişini xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra onlar buraxılıb.


Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR