“Kapital Menecment"in səhmdarlarının ümumi yığıncağının vaxtı dəyişdirilib

“Kapital Menecment"in səhmdarlarının ümumi yığıncağının vaxtı dəyişdirilib
# 26 mart 2016 08:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının ümumi yığıncağının vaxtı dəyişdirilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, şirkətin səhmdarları bu ilin mayın 6-da Bakı şəhəri, Xətai rayonu Babək prospekti 16-da toplaşacaq.

Ümumi yığıncaqda cəmiyyətin 2015-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının təsdiqi və digər məsələlərin müzakirəsi gözlənilir.

Xatırladaq ki, şirkətin səhmdarlarının ümumi yığıncağı bu ilin aprelin 30-da keçirilməli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR