Rafael Nadal doqquzuncu dəfə Monte-Karlo turnirinin qalibi olub

Rafael Nadal doqquzuncu dəfə Monte-Karlo turnirinin qalibi olub
# 17 aprel 2016 17:53 (UTC +04:00)

Bakı-APA. İspaniyalı Rafael Nadal Monte-Karloda keçirilən və mükafat fondu 4,09 mln avro olan Peşəkar Tennis Assosiasiyasının turnirinin qalibi olub.

APA-nın TSS agentliyinə istinadən verdiyi məlumata görə, final matçında R. Nadal fransız Qeal Monfisi 7:5, 5:7, 6:0 hesabı ilə məğlub edib.

Bununla da R. Nadal doqquzuncu dəfə bu turnirin qalibi olub. Bu, ümumilikdə ispaniyalı tennisçinin karyerasında 68-ci tituludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR