“Neft Daşları”nda 3 nəfərin itkin düşməsi ilə nəticələnən qəzaya görə cinayət işi başlanıb

“Neft Daşları”nda 3 nəfərin itkin düşməsi ilə nəticələnən qəzaya görə cinayət işi başlanıb
# 07 dekabr 2015 08:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. “Neft Daşları”nda baş verən qəza ilə bağlı cinayət işi başlanıb.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş verən qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar.

Dənizdə operativ axtarış işlərinə başlanılıb. İtkin düşənlər hələlik tapılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR