Sentyabrın 26-ı Azərbaycanda qeyri-iş günü olacaq

Sentyabrın 26-ı Azərbaycanda qeyri-iş günü olacaq
# 16 sentyabr 2016 09:26 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Sentyabrın 26-ı qeyri-iş günü olacaq.

APA-nın məlumatına görə, Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib.

Sentyabrın 26-ı bazar ertəsinə təsadüf edir. Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

Buna görə də 26 sentyabr ölkədə qeyri-iş günüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR