Masazırda 3 otaqlı ev yanıb

Masazırda 3 otaqlı ev yanıb
# 30 yanvar 2016 19:14 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m və bir otağı 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR