Hikmət Hacıyev: "Ermənistan rəsmilərinin atəşkəs barədə söylədikləri gülüncdür”

Hikmət Hacıyev: "Ermənistan rəsmilərinin atəşkəs barədə söylədikləri gülüncdür”
# 22 mart 2016 12:10 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü siyasət tamamilə məntiqə zidd xarakter daşıyaraq, sivil və etik davranış qaydalarından kənardır”.

Bu sözləri APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın Azərbaycanla bağlı dediklərini şərh edərkən bildirib. Onun sözlərinə görə, hərbi diktatura və səhra komandiri təfəkkürünə əsaslanan bu cür əməllər bütün region üçün təhlükə mənbəyidir: “Rəsmi Yerevanın hərbi diktatura rejiminin militarist siyasətinin daha bir nəticəsidir ki, Ermənistan bu gün özünü-təcrid, dərin siyasi, iqtisadi və demoqrafik böhran şəraitindədir. Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistan tərəfinin atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam etməsi və digər təxribatçı əməllər törətməsi rəsmi Yerevan rejiminin əsl mahiyyətinin növbəti sübutudur. Bunların müqabilində Ermənistan rəsmilərinin atəşkəs rejimi, regional əməkdaşlıq və münaqişənin həlli barəsində söylədikləri fikirləri yalnız gülüş və ikrah doğurur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR