ATƏT ölkələrinin XİN rəhbərləri sentyabrın 1-də Almaniyada görüşəcəklər

ATƏT ölkələrinin XİN rəhbərləri sentyabrın 1-də Almaniyada görüşəcəklər
# 23 avqust 2016 16:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində görüşəcəklər.

APA-nın Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerin dəvəti əsasında baş tutacaq.

Qeyri-rəsmi görüşdə ATƏT zonasında ümumi çağırışlar və ATƏT-ə üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək. Əsas diqqət böhran və münaqişələrin, o cümlədən Ukrayna böhranının həlli, terrorizmə qarşı mübarizə, silahlanmaya nəzarət məsələlərində təşkilatın fəaliyyəti kimi məsələlərə yönələcək.

Görüş dekabrın əvvəlində Hamburqda keçiriləcək Almaniyanın ATƏT-ə sədrliyinin yekunu ilə bağlı ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıq xarakteri daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR