XİN: Brüssel hava limanında partlayış baş verən zaman orada bir Azərbaycan vətəndaşı olub

XİN: Brüssel hava limanında partlayış baş verən zaman orada bir Azərbaycan vətəndaşı olub
# 22 mart 2016 11:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir”.

Bu sözləri APA-ya Azərbaycan Xarici Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, paytaxt Brüsseldə baş verən hadisələrlə əlaqədar konsulluq dəstəyinə ehtiyac duyan Azərbaycan vətəndaşları səfirliyə müraciət edə bilərlər: “Zaventem hava limanında partlayış baş verən zaman ərazidə uçuş reysini gözləyən bir Azərbaycan vətəndaşı olub. Xoşbəxtlikdən həmin şəxs zərər çəkməyib, sağ-salamatdır. Səfirlik onunla təmasdadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR