“Azər-Türk Bank” II rübü 9 mln. manatadək mənfəətlə başa vurub

“Azər-Türk Bank” II rübü 9 mln. manatadək mənfəətlə başa vurub
# 26 iyul 2016 08:02 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. “Azər-Türk Bank”ın aktivlərinin həcmi 2016-cı ilin II rübündə 880,864 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,25 dəfə çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 45% azalaraq 154,007 mln. manat olub.

Bankın öhdəliklərinin həcmi 2016-cı ilin II rübünə 824,655 mln. manat təşkil edib.

Bir il ərzində bankın məcmu kapitalı 0,66% artaraq 56,209 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat təşkil edib.

Cari ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 8 mln. 900,960 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR