Tacikistanda "Prezident günü" təsis olunub

Tacikistanda "Prezident günü" təsis olunub
# 15 aprel 2016 16:33 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bundan sonra Tacikistanda 16 noyabr prezident günü kimi qeyd ediləcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə qərar parlamentin aşağı palatası tərəfindən qəbul edilib.

Parlamentin aşağı palatasının sədri Şukurcon Zuxurov yeni bayramın tarixinin simvolik məna daşıdığını bildirib: “6 noyabr 1994-cü ildə ümümxalq referendumu ilə müstəqil Tacikistanın Konstitusiyası qəbul edilib, həmin gün prezident seçkiləri keçirilib və elə həmin vaxt prezident seçilən Emomali Rəhmon vətənə sədaqət andı içib”.

Onun sözlərinə görə, həmin tarixi günün şərəfinə artıq ölkədə hər il prezident günü qeyd ediləcək.

Qeyd edək kİ, Tacikistanda 79 bayram günü var, onlardan 10-u qeyri-iş günüdür. Prezident günü isə istirahət günü olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR