“Rabitəbank” “AzeriCard”ın onlayn-ödəmə sisteminə qoşulub

 “Rabitəbank” “AzeriCard”ın onlayn-ödəmə sisteminə qoşulub
# 10 avqust 2016 09:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Rabitəbank” ASC “AzeriCard” ilə birlikdə müştərilərin rahatlığını təmin etmək məqsədi ilə onlayn kredit ödəniş xidmətini müştərilərin istifadəsinə verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, indi “Rabitəbank”ın müştəriləri banka gəlmədən onlayn rejimdə kredit ödənişlərini və hesaba mədaxili rahat şəkildə həyata keçirə bilərlər. Bunun üçün bankın rəsmi saytında www.rabitabank.com • Online Bankçılıq – • Online ödəmə - • Azericard bölməsinə daxil olaraq hər növ önline ödənişləri həyata keçirə bilərlər.

Qeyd edək ki, kredit ödənişi və hesaba mədaxili “Visa”, “Visa Electron”, “MasterCard” və “Maestro” bankın plastik kartları vasitəsi ilə keçirilir. “Rabitəbank”ın müştərilərinin təhlükəsizliyi online ödəniş zamanı 3D Secure sistemi tərəfindən qorunur, bunun üçün www.azericard.com-dan bu xidmətə qoşulmaq mütləqdir!

“Rabitəbank” 1993-cü ildə fəaliyyətə başlayıb və tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirərək universal banka çevrilib. Fəaliyyət göstərdiyi 22 il ərzində “Rabitəbank” ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 21 filialdan və 1 şöbədən ibarət filial şəbəkəsini yaradıb. Onlardan 7-si Bakı şəhərində, 15-si isə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR