Babasının qətlində təqsirləndirilən şəxsə hökm oxunub

Babasının qətlində təqsirləndirilən şəxsə hökm oxunub
# 21 sentyabr 2016 16:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Hacıağa Hüseynov və Elman Qasımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə H.Hüseynov 18 il və E.Qasımov isə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi bu il fevralın 14-də Sabunçu rayonu ərazisində, Albalılıq bağ sahəsində baş verib. H.Hüseynov babası 76 yaşlı H.Məmmədrəsul oğlunun qətlini tamah məqsədi ilə qonşusu E.Qasımovla birgə təşkil edib. Həmin şəxslər H.Məmmədrəsul oğlunu bağ evinin həyətində başından vuraraq öldürüb, sonra 2 min manat pulu ələ keçirərək bölüşdürüblər. Hadisə ilə bağlı daha əvvəl Bakı şəhər sakini E.Qasımov tutulub. H.Hüseynov isə hadisənin baş verdiyi gündən 12 gün sonra tutularaq istintaqa təhvil verilib.

Onlar Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR