Nardaranda silsilə oğurluqlar törədən qrup zərərsizləşdirilib

Nardaranda silsilə oğurluqlar törədən qrup zərərsizləşdirilib
# 28 mart 2016 08:11 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Nardaranda oğurluq olub.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nardaran qəsəbəsinin ərazisində Bakı şəhər sakini Namiq Fərəcullayevə məxsus evdən pəncərədən girmək yolu ilə tikinti, elektrik və geyim əşyaları oğurlanıb.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən paytaxt sakinləri - Qəhrəman Quliyev, oğlu Əmrah, Hüseyn Əsədov və Zahid Cəbrayılov tutulublar. Onların İlqar Ağayevə və Rüstəm Tanrıverdiyevə məxsus evlərdən, habelə martın 22-nə keçən gecə Nardaran qəsəbə sakini İmaməddin Tapdıqovun həyətindən oğurluq etdikləri müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR