Cahangir Hacıyev: “Azərbaycan Beynəlxalq Bankə tərəfindən ayrılan kreditlər təyinatı üzrə işlənilib ”

 Cahangir Hacıyev: “Azərbaycan Beynəlxalq Bankə tərəfindən ayrılan kreditlər təyinatı üzrə işlənilib ”
# 11 dekabr 2015 15:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Azərbaycan Beynəlxalq Bankə tərəfindən ayrılan kreditlər təyinatı üzrə işlənilib ”.

APA-nın məlumatına görə, bunu istintaq zamanı ifadə verən Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev deyib.

C. Hacıyev bildirib ki, ayrılan bütün kreditlər ölkədə işsizliyin aradan qaldırılmasına, zavodların tikintisinə xərclənib: “Kreditlərin təyinatı üzrə işlənilməsi dəfələrlə vergilər və maliyyə nazirlikləri tərəfindən yoxlanılıb. Yoxlamalar zamanı da bu öz təsdiqini tapıb”.

Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə verilən apellyasiya şikayəti isə təmin edilməyib.

C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR