Lənkəranda evdən oğurluq olub

Lənkəranda evdən oğurluq olub
# 29 aprel 2016 14:34 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda oğurluq hadisəsi qeydə alınıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Göyşaban kəndi ərazisində baş verib. Naməlum şəxs və ya şəxslər kənd sakini, 1978-ci il təvəllüdlü Ramin Böyükağa oğlu Əliyevin və ailəsinin evdə olmamalarından istifadə edərək, evin qapısını sındıraraq oradan məişət cihazlarını, o cümlədən televizoru və qızıl-zinət əşyalarını oğurlayaraq özləri ilə aparıblar. Ev sahibləri oğurluq hadisəsi barədə bu gün günorta saatlarında evə qayıdarkən xəbər tutublar. Hadisə barədə dərhal rayonun hüquq-mühafizə orqanlarına məlumat verilib. Polis əməkdaşları istintaq üçün zəruri barmaq izlərini götürüblər. Hazırda oğurluq hadisəsini törətmiş şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR