Rusiya Hələbdə humanitar əməliyyata başlayıb

Rusiya Hələbdə humanitar əməliyyata başlayıb
# 28 iyul 2016 10:08 (UTC +04:00)

Bakı – APA. Rusiya Suriyanın Hələb şəhərində humanitar əməliyyata başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.

O bildirib ki, Suriya hökuməti ilə birgə keçirilən əməliyyatın məqsədi Hələb şəhərinin dinc əhalisinə yardım göstərməkdir.

Nazirin sözlərinə görə, şəhərdən çıxmaq üçün 4 dəhliz yaradılacaq. Onlardan üçü dinc sakinlər, digəri isə silahı yerə qoyacaq döyüşçülər üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR