Azərbaycan gömrükçüləri ölkə ərazisinə narkotik vasitələri keçirilməsinin qarşısını alıb

Azərbaycan gömrükçüləri ölkə ərazisinə narkotik vasitələri keçirilməsinin qarşısını alıb
# 28 yanvar 2016 08:29 (UTC +04:00)

Bakı - APA-Economics. Sankt-Peterburq-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı İlqar Zalıyev gömrük nəzarətindən keçərkən onun üzərində narkotik vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılan şəxsi yoxlama zamanı adı çəkilən vətəndaşın üzərində 1 ədəd bükümdə, təmiz çəkisi 39,783 qram olan kokain, 1 ədəd bükümdə isə təmiz çəkisi 5,488 qram olan metadon aşkar olunaraq götürülüb.

Xatırladaq ki, kokain “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısına, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in 2-ci siyahısına daxildir.

Gömrük nəzarəti zamanı narkotik vasitələrin aşkara çıxarılması ilə bağlı daha bir fakt Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda qeydə alınıb.

Burada İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Rövşən Abbasovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 65,790qram olan tiryək aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR