Yanvarda mobil operatorlar 65 mln. manata yaxın gəlir edib

Yanvarda mobil operatorlar 65 mln. manata yaxın gəlir edib
# 22 fevral 2016 13:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin yanvar ayı ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 130,4 mln. manatlıq xidmət göstərib ki, onun da 71,6%-i əhali sektoruna aid olub.


Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 7,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,6%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 49,5%-i və ya 64,6 mln. manatı mobil telefon rabitəsindən yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR