Qənimət Zahidin qohumlarının məhkəməsi davam etdirilib

Qənimət Zahidin qohumlarının məhkəməsi davam etdirilib
# 23 fevral 2016 09:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda Fransada mühacirətdə olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər dövlət hesabına olan vəkillərindən imtina ediblər. Rövşən Zahidovun vəkili Tahir Xanəliyev çıxış edərək sübutların cinayət işinin materiallarından çıxarılmasını istəyib. Bundan əlavə vəkil cinayət işini aparan Səbail rayon Polis İdarəsinin müstəntiqi İlqar Həmidovun məhkəmədə şahid qismində dindirilməsini istəyib. Hakimlər vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası fevralın 26-a təyin edilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR