Azərbaycan prezidenti Zaha Hadidin vəfatı münasibətilə başsağlığı verib

Azərbaycan prezidenti Zaha Hadidin vəfatı münasibətilə başsağlığı verib
# 02 aprel 2016 09:24 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Prezident İlham Əliyev britaniyalı memar Zaha Hadidin vəfatı münasibətilə başsağlığı verir". APA-nın məlumatına görə, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" hesabında yazıb.

Xatırladaq ki, dünya şöhrətli memar Zaha Hadid 2 gün əvvəl Mayamidə 65 yaşında ürək tutmasından vəfat edib. O dünyada bir sıra memarlıq işləri ilə yanaşı Heydər Əliyev Mərkəzinin memarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR