Bərdədə qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Bərdədə qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 17 aprel 2016 23:05 (UTC +04:00)

Bərdə.Ziya Əmirxanlı-APA. Bərdədə baş verən yol nəqliyyat qəzasında ölən və xəsarət alanların kimlikləri məlum olub.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində 1933-cü il təvəllüdlü Qurbanova Humay Salman qızı ölüb.

Avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Qurbanov Qəhrəman Bəhmən oğlu, sərnişinlər 1977-ci il təvəllüdlü Qurbanova Həmayə Gəncəli qızı, 2015-ci il təvəllüdlü Qurbanova Münəvvər Qəhrəman qızı xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

00:28

Bərdə.Ziya Əmirxanlı-APA.Bərdədə 4 nəfərin ağır yaralanması ilə nəticələnən avtoqəza qeydə alınıb.


APA-nın Qarabağ bürosunun məlumatına görə,hadisə Bərdə - Yevlax magistral yolunu Bərdəni Şörəlli kəndi ərazisindən keçən hissəsində baş verib.


İlkin məlumata əsasən, avtomobil yolu ikiyə ayıran dəmir lövhəyə çırpılıb. Zərbənin gücündən avtomobildə olan 2 qadın, 1 uşaq və sürücü ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə rayon xəstəxanasına yerləşdiriliblər. Yaralıların kimliyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR