Bakıda qətl törədən şəxs tutulub

Bakıda qətl törədən şəxs tutulub
# 10 may 2016 11:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda qətl törədən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 8-də Xətai rayonunun M.Hadi küçəsində naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Cavidan Seyfullayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR