Xaçmazda yol qəzasında 1 nəfər ölüb, 1 nəfər yaralanıb

 Xaçmazda yol qəzasında 1 nəfər ölüb, 1 nəfər yaralanıb
# 22 iyun 2016 10:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Xaçmaz şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 22-də saat 02 radələrində Xaçmaz rayonunun Müzəffəroba kəndində rayon sakini Toğrul Məhərrəmovun idarə etdiyi “VAZ-21725” və Şəmkir rayon sakini Tural Qəmbərovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə T.Məhərrəmov hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR