Azərbaycan prezidenti Kanadanın general-qubernatorunu təbrik edib

Azərbaycan prezidenti Kanadanın general-qubernatorunu təbrik edib
# 30 iyun 2016 15:33 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Kanadanın general-qubernatoru Devid Constonu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab general-qubernator, ölkənizin milli bayramı - Kanada günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR