BOKT-ların fəaliyyətinə dair yeni tələblər müəyyənləşdirilib

BOKT-ların fəaliyyətinə dair yeni tələblər müəyyənləşdirilib
# 01 aprel 2016 15:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinə dair yeni tələblər müəyyənləşdirilib.

APA-Economics”in məlumatına görə, “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsində aidiyyatı şəxslərlə əqdlərin bağlanılması qaydaları ilə bağlı BOKT-ların qarşısında yeni tələblər qoyulub.

“BOKT tərəfindən aidiyyati olan şəxslərlə əqdlərin bağlanılması qaydaları Azərbaycan respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə tənzimlənir. Girov əmanəti qəbul etmək hüququ olan BOKT aidiyyati olan şəxslərə kreditlərin verilməsi zamanı, həmçinin bu Qanunun 19.1.2-ci maddəsinə müvafiq olaraq müəyyən olunan prudensial normativlərə və tələblərə əməl etməlidir”, - deyə qanun layihəsində vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR