Türkiyənin termal mənbələrinə infotur təşkil ediləcək

Türkiyənin termal mənbələrinə infotur təşkil ediləcək
# 29 sentyabr 2016 14:21 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Türkiyənin termal mənbələrinə infotur təşkil ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfər 2-7 oktyabr tarixində Türk Hava Yolları, "NG hotel qrup", "Nobel" Tibb Mərkəzi və "Kaya Termal"ın dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq.

İnfoturda Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin, sağlamlıq turizmi obyektlərinin və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrindən ibarət bir qrup heyət iştirak edəcək.

İştirakçılar Türkiyənin ən böyük termal mənbələrinin yerləşdiyi Afyon, Dənizli və İzmirə səfər edəcək, bu məkanların sağlıq turizmi imkanları ilə bağlı ətraflı məlumat alacaqlar. Səfər zamanı iki ölkənin turizm təmsilçiləri bir-biri ilə təcrübələrini bölüşəcək, nümunəvi sağlamlıq turizmi klasterlerinin yaranması imkanlarını dəyərləndirəcəklər.

Bundan əlavə, səfər müddətində müxtəlif dövlət yetkililəri ilə görüşlər və kiçik seminarların təşkili də nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR