Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Dövlət başçısı və ya hökumət gömrük orqanlarının funksiyalarını necə görürsə, elə də fəaliyyət göstərəcək".
"APA-Economics"in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədrin Aydın Əliyev Dövlət Gömrük Komitəsinin (DGK) hansısa digər quruma birləşdirilə biləcəyi barədə son vaxtlar yayılan məlumatlara münasibət bildirərkən deyib.
DGK sədri bildirib ki, Azərbaycanda gömrük xidməti müstəqil olub: “Elə ölkələr var ki, gömrük orqanları Maliyyə Nazirliyinin, bəzi ölkələrdə isə iqtisadiyyatla bağlı nazirliyin tərkibindədir. ABŞ-da isə qeyri-adi olaraq gömrük və sərhəd funksiyalarını yerinə yetirən təşkilatlar birləşdirilərək bir quruma verilib. Azərbaycan, Rusiya və digər MDB ölkələrində isə gömrük orqanları müstəqil fəaliyyət göstərir.
1992-ci ildən Azərbaycan Dövlət Gömrük Komitəsi nazirlik səviyyəsində fəaliyyət göstərir. Subyektiv fikrim budur ki, zaman müstəqil fəaliyyət göstərən strukturun daha çox inkişaf etdiyini göstərir".
Aydın Əliyev Dövlət Gömrük Komitəsinin digər quruma birləşdiriləcəyi barədə məlumatlara münasibət bildirib
29 yanvar 2016 11:01 (UTC +04:00)
Maliyyə
Kapital Bank-ın Laçın filialının açılışı baş tutub
17:45
7 may 2024
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
17:09
7 may 2024
Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb
15:00
7 may 2024
Vüqar Bayramov: İqtisadi uğurlarımızın, suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir
11:51
7 may 2024