“Azərbaycan dili” fənni üzrə imtahanda rus bölməsinin 500-ə yaxın abituriyenti “2” alıb

“Azərbaycan dili” fənni üzrə imtahanda rus bölməsinin 500-ə yaxın abituriyenti “2” alıb
# 13 iyun 2016 09:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 12-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahanın nəticələrini elan edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 1-də keçirilib. Həmin imtahanda 7696 abituriyent iştirak edib, onlardan 6476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb.

Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilib.

İmtahanda 1096 abituriyent iştirak edib, 663 nəfər tələb olunan 15 və daha çox bal toplayaraq "məqbul" qiymət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR