Rusiyada yol polisi əməkdaşlarına silahlı hücumlar olub

Rusiyada yol polisi əməkdaşlarına silahlı hücumlar olub
# 17 avqust 2016 16:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu gün Rusiyanın Moskva vilayətində yol müfəttişlərinə silahlı hücumlar olub.

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, hadisələrdən Şelkovski rayonunda yerləşən Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin postunda baş verib.

Tapança və balta ilə silahlanmış iki nəfər posta hücum edib. Hücum edənlər öldürülüb, iki polis əməkdaşı yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Məlumata əsasən, atışma postu keçən avtomobillərin sərnişinlərinin sənədləri yoxlanılarkən baş verib. Atəş açanların əslən Şimali Qafqazdan olduğu deyilir.

Digər hadisə Mojaysk rayonunda baş verib. 3 nəfər avtomobillərini saxlayan yol müfəttişlərinə hücum edib. Nəticədə atışma baş verib və hücum edənlərdən biri öldürülüb, digəri isə yaralanıb. Üçüncü şəxs isə polisi yaralayaraq meşəyə qaçıb. Hücum edən şəxslərin Tacikistan vətəndaşları olduğu deyilir. Hazırda üçüncü şəxsin axtarışı aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR