Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib
# 15 iyul 2016 14:15 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə tütün məmulatlarının axtarışı üzrə təlim keçmiş “Belıy” ləqəbli xidməti itin tətbiqi ilə baxış keçirilib.


Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin döşəməsinin sağ və sol tərəf kənarlarında olan boşluqlardan gömrük nəzarətindən gizlədilən 10 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR