Azərbaycanda 108 mindən çox aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunur

Azərbaycanda 108 mindən çox aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunur
# 14 dekabr 2015 13:59 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrin sayının cari ilin noyabr ayında azalması müşahidə olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay bu yardımı alan ailələrin sayı əvvəlki oktyabr ayı ilə müqayisədə 4 291 ailə və ya 3,8% azalaraq 108 094-ə enib. Həmçinin yardım ödənilən ailə üzvlərinin sayı 19 947 nəfər (4,1%) azalmaqla 466 131 nəfər təşkil edib.

Noyabr ayında Azərbaycanda ünvanlı dövlət sosial yardımlarının hər ailəyə ödənilən orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 15%-dək artaraq 153,22 manat olub.

Ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdəki ailə üzvlərinin 47,6%-i, yəni 222 028 nəfəri yaşı 18-dək olan şəxslərdir ki, onlardan 5 178 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Həmçinin bu yardımları alan ailələrin 30 442-i (28,1%) tərkibində üç və daha çox uşağı olan ailələrdir. Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrdə 5 441 nəfər 1 yaşadək uşaq vardır ki, onların hər birinə görə əlavə olaraq aylıq sosial müavinət də ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR