Rustavidə gənc azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib

Rustavidə gənc azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
# 19 fevral 2016 23:36 (UTC +04:00)

Rustavi. Nizami Məmmədzadə-APA. Rustavidəki tarix muzeyində gənc azərbaycanlı rəssam Əli Əliyevin fərdi sərgisi keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə çıxış edən Qardabani rayon icra hakimiyyəti başçısının müavini Dünyamalı Hacıyev, rayon bələdiyyəsinin sədr müavini Rəfi Orucov və muzey rəhbərliyi gənc rəssamın fərdi sərgisinin keçirilməsinin iki xalqın dostluğuna töhfə olduğunu və mədəniyyətlərimizə müsbət bir yenilik gətirdiyini bildiriblər.

Tədbirdə gənc rəssamın 18 əsəri nümayiş olunub. Gənc azərbaycanlı rəssam Əli Əliyev APA-ya açıqlamasında onun fərdi sərgisinin Rustavi tarix muzeyinin rəhbərliyi tərəfindən təşkil olunduğunu bildirib: "Bu, Tiflis və Rustavidə keçirilən sayca altıncı sərgimdir. Tədbirə Rustavi və Qardabanidə yaşayan gürcü və azərbaycanlılar, görkəmli rəssamlar və incəsənət xadimləri, dövlət rəsmiləri gələrək əsərlərimi bəyəndiklərini bildiriblər. Bu, mənim üçün böyük qiymətdir" deyə Ə. Əliyev vurğulayıb.

Qeyd edək ki, Əli Xanlar oğlu Əliyev 1989-cu ildə Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndində anadan olub. Tiflisdəki Apolon Kutateladze adına Gürcüstan Dövlət İncəsənət Akademiyasının məzunudur. Hazırda Qaçiani kənd orta məktəbində "Əl işləri sənətinin tarixi" fənnindən dərs deyir. Onun yaradıcılığına abstrakt mövzularda çəkdiyi rəsm əsərləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR