“Unibank” dünyanın nüfuzlu maliyyə institutu ilə əməkdaşlığa başlayıb

“Unibank” dünyanın nüfuzlu maliyyə institutu ilə əməkdaşlığa başlayıb
# 11 mart 2016 09:05 (UTC +04:00)

Bakı. Aqşin Rafqoğlu - APA-Economics. “Unibank”ın beynəlxalq maliyyə tərəfdaşları siyahısına daha bir təşkilat əlavə olunub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Unibank” dünyanın nüfuzlu və nəhəng maliyyə qurumlarından olan “UniCredit Group" ilə əməkdaşlığa başlayıb. Bu, “Unibank”ın korporativ müştəriləri üçün daha bir imkan deməkdir. Beynəlxalq ticarətlə məşğul olmaq istəyən korporativ müştərilərin ticarət əməliyyatları “UniCredit Group” tərəfindən dəstəklənəcək. Bu əməkdaşlıq bankın sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi üzrə tərəfdaşlar şəbəkəsini davamlı genişləndirməsinin daha bir göstəricisidir.

“UniCredit Group” tərəfindən ayrılan kredit xətti sənədli əməliyyatları biznes üzrə müştərilərə göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına imkan verəcək. “Unibank” bu xidmətdən istifadə edən korporativ müştərilərinə maliyyə dəstəyi də göstərəcək.

Qeyd edək ki, “UniCredit Group” Avropa ölkələrində və dünyada 50-yə yaxın geniş bank şəbəkəsi olan ən böyük maliyyə qruplarından biridir. Mərkəzi və Şərqi Avropada böyük beynəlxalq bank şəbəkəsinə malik qrupun, bir çox keçmiş SSRİ ölkələrində də törəmə bankları mövcuddur.

Ölkəmizdə sahibkarlığın inkişafına dəstək hər zaman “Unibank”ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal” filialları və “Unibank” - biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini bir qədər də gücləndirməkdir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR