Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabulda avtomobil aşıb, 60 yaşlı sürücü ağır yaralanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 02.00 radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində qeydə alınıb.
Sabirabad rayonu Bulduğ kənd sakini, 1956-cı il təvəllüdlü Hüseynov Rizvan Əlif oğlunun idarə etdiyi “Qazel” markalı 54 BC 005 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.