2015-ci ildə 1000 nəfərə yaxın Suriya vətəndaşı Rusiyadan sığınacaq istəyib

2015-ci ildə 1000 nəfərə yaxın Suriya vətəndaşı Rusiyadan sığınacaq istəyib
# 21 sentyabr 2015 09:35 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Bu ilin yanvar ayından avqust ayına kimi 912 Suriya vətəndaşı müvəqqəti sığınacaq və qaçqın statusu almaq üçün Rusiyaya müraciət edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə “İzvestiya” qəzetinə Rusiya Federal Miqrasiya Xidmətindən bildirilib. Xidmətdən 2014-cü ilin analoji dövründə isə 1198 Suriya vətəndaşının FMX-ə müraciət etdiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR