Türkiyədə terrorçuların hücumu nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Türkiyədə terrorçuların hücumu nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb
# 06 avqust 2016 00:13 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Bitlis vilayətində PKK silahlılarının açdığı atəş nəticəsində 1 əsgər ölüb, 1 kənd qorucusu yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçular Bitlis vilayətinin Hizan rayonu ərazisində yerli təhlükəsizlik qüvvələrini iri çaplı silahlardan atəş tutub.

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyat başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR