Bakıda baş verən yol-nəqliyyat hadisələrində iki nəfər ölüb

Bakıda baş verən yol-nəqliyyat hadisələrində iki nəfər ölüb
# 06 iyul 2016 10:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda baş verən yol-nəqliyyat hadisələrində iki nəfər ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 5-də saat 15 radələrində Nəsimi rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Xanlar Nəbiyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Həsənəli Namazovu vurub. Xəstəxanaya yerləşdirilmiş H.Namazov orada ölüb.

İyulun 5-də saat 01 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini Rəhimə Məmmədova idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Nəmrut Məhərrəmovu vurub.

Xəstəxanaya yerləşdirilmiş N.Məhərrəmov orada ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR