Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 28 avqust 2016 18:03 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 500 m2 olan ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşlara məxsus ümumi sahəsi 120 m2 olan 3 mənzil yanıb.


Qalan mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR